“Naxçıvan MR Kənd Təsərrüfatı Nazirliyinin “Naxçıvan Aqrovsevis” ASC” (VÖEN: 0200133071) tender elan edib.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, tender çərçivəsində 200 ton buğda toxumlarının satın alınması nəzərdə tutulur. Tenderin ehtimal olunan qiyməti 181 min 950 manatdır. Bir ton buğda üçün ehtimal olunan qiymət 910 manatdır.
Tenderdə iştirak haqqı 250 manat, istifadə haqqı 25 manatdır.
Əlaqələndirici şəxs: Uğur Babazadə - Satınalmalar üzrə mütəxəssis /
[email protected] / +994 60 334 34 03













