“Easy Go” MMC (VÖEN: 1401184861) nizamnamə kapitalını azaldır.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, şirkət nizamnamə kapitalının 750 min manatdan 49 min 480 manata azaldığını, - yəni 700 min 520 manat azaldılmasını elan edib.
Qeyd edək ki, Fintex və Maliyyə Texnologiyaları bazarında fəaliyyət göstərən “Easy Go” MMC 2007-ci ildə yaradılsa da, 2013-cü ildən fəaliyyətə başlayıb. Şirkətin qanuni təmsilçisi Əhmədli Gültac Nemət qızı, hüquqi ünvanı Bakı şəhər, Nəsimi rayonu, Mir Cəlal, ev.56, m.42 ünvanıdır.













