Sentyabrın 30-da "Azərbaycan Beynəlxalq Bankı" (ABB) ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
FED.az xəbər verir ki, yığıncaqda səsvermə Bankın Nizamnaməsinin 8.10-cu maddəsinə əsasən qiyabi şəkildə, Milli Depozit Mərkəzinin İnvestor Portalında (invp.e-mdm.gov.az) yaradılmış şəxsi kabinet vasitəsilə baş tutacaq.
Yığıncağın gündəliyinə Maliyyə Nazirliyinin nümayəndəsinin ABB-nin Müşahidə Şurasında (MŞ) təmsil olunması, Bankın Nizamnaməsində və MŞ haqqında Əsasnaməsində dəyişiklik edilməsi daxildir.
Xatırladaq ki, dövlət bankı olan ABB Azərbaycanın ən böyük bankıdır. Onun aktivləri 15,3 milyard manat, kapitalı 2,2 milyard manat təşkil edir. ABB bank 2-26-cı ilin ilk yarım ilini 250 milyon manat xalis mənfəətlə tamamlayıb.
Bankın səhmlərinin 88,54 %-i Maliyyə Nazirliyinə, 3,64 %-i İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə, 0,22 %-i "Aqrarkredit" QSC bank olmayan kredit təşkilatına (BOKT), 7,6 %-i isə fiziki və hüquqi şəxslərə məxsusdur.













