Azərbaycanda xarici kapitallı şirkətin kapitalı – 2 DƏFƏ AZALDILIR
“Raspberry AZ-I” MMC (VÖEN: 1009381171) nizamnamə kapitalını azaldır.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, MMC-nin nizamnamə kapitalı 50 min avrodan 25 min 260 avroya – təxminən 2 dəfə azaldılır.
Qeyd edək ki, şirkət ötən ilin sonu yaradılıb. Qanuni təmsilçisi Atakişiyev Talıb Asif oğlu olan şirkətin hüquqi ünvanı Bakı şəhəri, Binəqədi rayonu, Süleyman Sani Axundov ev.1 m.161 ünvanında yerləşir.













