Şuşada Zərgər Məmmədin evi 1,4 milyona təmir ediləcək - QALİB ŞİRKƏT
“Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi” (VÖEN: 8600208181) Şuşa şəhəri, Sadıqcan küçəsi, giriş 8 ünvanında yerləşən yaşayış evinin əsaslı təmiri və bərpası işlərinin satınalınması ilə bağlı işləri yekunlaşdırıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, tenderin qalibi “Aqroman” MMC (VÖEN: 1202544661) olub. Tərəflər arasında 1 milyon 379,1 min manatlıq satınalma müqaviləsi imzalanıb. Tender çərçivəsində Zərgər Məmmədin evinin təmiri nəzərdə tutulub.
Qeyd edək ki, “Aqroman” MMC 2020-ci ildə yaradılıb. Nizamnamə kapitalı 10 manat olan şirkətin qanuni təmsilçisi Rəfiyev Müzadil İlqar oğludur.













