Azərbaycan Dövlət Neft Şirkətində (SOCAR) ixtisar edilən əməkdaşların sayı açıqlanıb.
FED.az biznes və maliyyə xəbərləri portalı şirkətin özünə istinadən xəbər verir ki, 2025-ci ildə SOCAR əməkdaşlarından 3 957 nəfər ixtisar edilib.
Belə ki, 2024-cü ildə şirkətdə rəsmi çalışanların sayı 61 132 nəfər olduğu halda, 2025-ci ildə bu rəqəm 57 175 nəfərə enib.
SOCAR-ın işçiləri onun əməliyyat apardığı 6 ölkəni əhatə edir, bunlar – Azərbaycan, Türkiyə, Gürcüstan, Ukrayna, İsveçrə və Avstriyadır.
Ən böyük ixtisar da Azərbaycanda baş verib. Burada SOCAR-ın 2842 əməkdaşı işdən çıxarılıb. Nəticədə şirkətin Azərbaycandakı işçilərinin sayı 48 069 nəfərdən 45 227 nəfərə enib.
Müqayisə üçün bildirək ki, bu SOCAR-da 2024-cı ildə baş vermiş ixtisardan 11 dəfə artıqdır. Belə ki, 2024-cı ildə SOCAR-da rəsmi məlumatlara görə cəmi 250 nəfər ixtisar edilmişdi.
SOCAR-da işçilərin ən sürətli azaldığı 2-ci ölkə Türkiyədir. Burada 2024-cü ildə 5688 əməkdaş çalışdığı halda, 2025-ci ildə bunların sayı 1162 nəfər azalaraq ilin sonunda 4526 nəfərə enib.
Gürcüstandakı işçilərin sayı isə artıb, SOCAR qonşu ölədə heç kimi ixtisar etməyib, əksinə, işçilərin sayı 29 nəfər artaraq 2024-cı 4 353 nəfərdən 4 382 nəfərə yüksəldib.
SOCAR-ın Ukraynadakı bölmələrində də işsilər ixtisar edilib. 2024-cıü ilin sonunda SOCAR-ın Ukraynada 1777 əməkdaşı olduğu halda, onların sayı13 nəfər azalaraq 1764 nəfərə enib.
Əvəzində İsveçrədəki işçilərin sayı artıb – 2025-ci ildə SOCAR-ın bu ölkədəki şirkətində 1070 nəfər çalışıb ki, bu da 2024-cüildə müqayisədə 33 nəfər artıqdır.
Avstriyada isə işçilərin sayı demək olar dəyişməyib -208 nəfərə qarşı 206 nəfər.












