Bu ilin yanvar-iyul aylarında Azərbaycandan xarici ölkərə 19 milyard 335,6 milyon dollar dəyərində məhsul ixrac edilib.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, ixrac olunan məhsulların 5 milyard 933,2 milyon dolları neft-qaz sektoruna daxil olamayan malların payına düşüb.
Bu məhsulların ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 3 milyard 845,2 milyon dollar və ya 2,8 dəfə artıb. Artım qızıl ixracının hesabına baş verib. Belə ki, bu ilin ilk yeddi ayında ölkədən 3 milyard 707,8 milyon dollar dəyərində 24,5 ton qızıl ixrac edilib. Ötən ilin eyni dövründə isə Azərbaycandan xaricə qızıl satılmamışdı.
Xatırladaq ki, 2025-ci ilin yanvar-iyul aylarında Azərbaycandan xarici ölkələrə 2 milyard 88 milyon dollar dəyərində neft-qaz sektoruna daxil olamayan mallar ixrac edilmişdi.












