"Ferrum Kapital" QSC 1 milyon manatlıq istiqraz buraxaraq yenidən borclanır.
FED.AZ biznes və maliyyə xəbərləri portalı Bakı Fond Birjasına istinadən xəbər verir ki, istiqrazların hər biri 100 manat olan 10 000 ədəd faizli, təmin edilməmiş, sənədiz, adlı istiqrazlardır.
Gəlirlilik illik 14% təşkil edir.
İstiqrazlar üzrə hesablanmış faizlər, buraxılışda olan ilk istiqrazın yerləşdirildiyi tarixdən etibarən hər 3 aydan bir (bir ayda günlərin sayı 30 gün olaraq götürməklə) ödəniləcək. İstiqrazların tədavül müddəti 12 ay təşkil edir.
Anterrayder "PAŞA Kapital İnvestisiya Şirkəti" QSC-dir.
Qeyd edək ki, "Ferrum Kapital" QSC bu ilin fevral ayında 5 milyon manat həcmində istiqrazların hər biri 100 manat olan 50 000 ədəd faizli, təmin edilməmiş, sənədiz, adlı istiqraz buraxmışdı.
"Ferrum Kapital" QSC 1 milyon manatlıq - BORCLANIR
15:57
18 Avq 2026













