"Digital Technologies-Azərbaycan" MMC-nin (VÖEN: 1703662611) nizamnamə kapitalında dəyişiklik edilib.
Azərbaycandakı Rusiya şirkəti bağlanır – YENİ YARADILMIŞDI
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, MMC-nin iştirakçısı “Sifrovie Texnoloqii" MMC-yə məxsus 500 payın, ümumi nominal dəyəri min manat olan hissənin cəmiyyətdən çıxması ilə əlaqədar nizamnamə kapitalı azaldılıb.
Dəyişiklik nəticəsində "Digital Technologies-Azərbaycan" MMC-nin yeni nizamnamə kapitalı 1 paydan ibarət olmaqla 100 manat məbləğində müəyyən edilib.
Qeyd edək ki, "Digital Technologies-Azərbaycan" MMC 2023-cü ildə yaradılıb. Şirkətin qanuni təmsilçisi Ağayev Emindir. Şirkət Bakı şəhəri, Səbail rayonu, Zeynalabdin Tağıyev ev.13 ünvanında yerləşir.













