“Azərsun Kağız və Karton İstehsalat Korporasiyası” ASC (VÖEN: 2901075111) təşkilatı hüquqi formasını dəyişir.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, şirkət MMC-yə çevrildiyini elan edib.
“Azərsun Kağız və Karton İstehsalat Korporasiyası” MMC 2007-ci ildə yaradılıb. Nizamnamə kapitalı 103 milyon manat, qanuni təmsilçisi Osmanov Elşən Əlibaba oğludur.













