Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) yeni təyinat olub.
FED.az xəbər verir ki, Fariz Əzizov Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyəti sədrinin İnstitusional inkişaf məsələləri üzrə müşaviri təyin edilib.
Xatırladaq ki, Fariz Əzizov Azərbaycanın maliyyə sistemində peşəkar mütəxəssis və tanınmış şəxsdir.
FED.az xəbər verir ki, o uzun illər maliyyə sektorunun müxtəlf sahələrində məsul vəzifələrdə çalışıb.
Qeyd edək ki, Fariz Əzizov 1999-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetinin mühasibat və audit fakültəsini bitirib və 2007-2009-cu illərdə Böyük Britaniyada Lancaster University Business School-da oxuyub və biznesin idarə edilməsi üzrə magistr dərəcəsi alıb.
Son illər Fariz Əzizov Milli Depozit Mərkəzinin İdarə Heyəti sədrinin müavini, Bakı Fond Birjasının İdarə Heyətinin sədri, İcbari Sığorta bürosunun İcraçı direktoru vəzifələrində çalışıb, müxtəlif illərdə Dünya Bankı və AR Hökuməti ilə birgə reallaşdırılan layihələrə rəhbərlik edib. Həmçinin Fariz Əzizov Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Tərəqqi” medalı ilə təltif olunub.
Son illərə qədər Fariz Əzizov "PAŞA Sığorta" şirkətinin idarə heyətinin üzvü vəzifəsində çalışıb.












