Dünya bazarında Azərbaycan neftinin ucuzlaşması davam edir.
FED.az xəbər verir ki, dünən avqustun 17-də London birjasında keçirilən hərraclarda «Azeri Light» markalı neftin 1 barelinin qiyməti 1,24 dollar və ya 1,34 % azalaraq 91,31 dollar olub.
Xatırladaq ki, Azərbaycanın 2026-cı il üzrə dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 dollardan götürülüb.
İndiyədək «Azeri Light» neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) olub.












