“Fidan-TN” MMC (VÖEN: 1000678621) it yemlərinin alınması, avtmobillərə ehtiyat hissələrinin alınması, yuyucu vasitələrinin alınması ilə bağlı bir çox müxtəlif tenderlərin qalibi olur.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, şirkət “Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” PHŞ-nin (VÖEN: 1807032081) itlər üçün quru yem alınması ilə bağlı tenderinin qalibi olub və tərəflər arasında 367 min 452 manatlıq satınalma müqaviləsi imzalanıb.
Bundan başqa, “Fidan-TN” MMC 4 tenderin qalibi olub. Bu tenderlərin hamısı Bakı Şəhər Məznil-Kommunal Təsərrüaftı Departamentinin Sanitariya və Texniki Təmizlik İdarəsi tərəfindən keçirilib.
Belə ki, qurumla şirkət arasında Avropa istehsalı olan xüsusi təyinatlı müxtəlif avtonəqiliyyat vasitələri və maşın-mexanizmlərinə ehtiyyat hissələrinin satın alınması ilə bağlı 49 min 861 manatlıq, asfalt-beton örtüklü yolların təmizlənib yuyulması üçün mal-materialların alınması ilə bağlı 149 min 919 manatlıq, texniki məqsədlər üçün emal edilməmiş xam duzun satın alınması ilə bağlı 674 min 488 manatlıq, “Kamaz” və “Maz” markalı xüsusi təyinatlı avtonəqliyyat vasitələri üçün ehtiyat hissələrinin, avtoşin, akkumulyator batareyaları və sürtgü yağlarının satın alınması ilə bağlı 182 min 926 manatlıq satınalma müqaviləsi imzalanıb.
Şirkətlə İdarə arasında imzalanmış satınalma müqavilələrinin cəmi dəyəri 1 milyon 57 min 194 manat təşkil edib.
Qeyd edək ki, “Fidan-TN” MMC 2006-cı ildə yaradılıb. Nizamnamə kapitalı 4 manat olan şirkətin qanuni təmsilçisi Nəcəfova Elyana Tofiq qızıdır.
Şirkətin qalibi olduğu tenderlər:
|
S/N |
Satınalan təşkilatın adı |
Satınalma predmeti |
Təklifin qiyməti |
Yekunlaşma tarixi |
|
|
|
1 |
"Sahibsiz Heyvanlara Qayğı Mərkəzi" PHŞ |
İtlər üçün quru yem alınması |
367 452 AZN |
18.08.2026 |
|
|
|
2 |
Bakı Şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinin Sanitariya və Texniki Təmizlik İdarəsi |
“Avropa istehsalı olan xüsusi təyinatlı müxtəlif avtonəqiliyyat vasitələri və maşın-mexanizmlərinə ehtiyyat hissələrinin satın alınması” |
49 861 AZN |
23.06.2026 |
|
|
|
3 |
Bakı Şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinin Sanitariya və Texniki Təmizlik İdarəsi |
“Asfalt-beton örtüklü yolların təmizlənib yuyulması üçün mal-materialların alınması” |
149 919 AZN |
25.05.2026 |
|
|
|
4 |
Bakı Şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinin Sanitariya və Texniki Təmizlik İdarəsi |
Texniki məqsədlər üçün emal edilməmiş xam duzun satın alınması |
674 488 AZN |
26.09.2025 |
|
|
|
5 |
Bakı Şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinin Sanitariya və Texniki Təmizlik İdarəsi |
“Kamaz” və “Maz” markalı xüsusi təyinatlı avtonəqliyyat vasitələri üçün ehtiyat hissələrinin, avtoşin, akkumulyator batareyaları və sürtgü yağlarının satın alınması |
182 926 AZN |
04.02.2025 |
|
|
|
CƏMİ - 1 424 646 AZN |
|
|||||













