Azərbaycan Mərkəzi Bankı “Xalq Kapital İnvestisiya Şirkəti” QSC-də qanun pozuntusu aşkarlayıbn
FED.az biznes və maliyyə xəbərləri portalı AMB-yə istinadən xəbər verir ki, şirkət cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin tələblərini pozuub.
Bakı Apellyasiya Məhkəməsində baxılan işdə İnzibati Xətalar Məcəlləsinin 598.1.2 və 598.1.5-ci maddələri əsas götürülüb. Qərara əsasən, şirkətin vəzifəli şəxsi 4 min manat məbləğində cərimələnib.













