Biznes

“Bakıxanov-Çörək”in torpağı “AzVirt”in borcuna görə girov qoyulacaq

“Bakıxanov-Çörək”in torpağı “AzVirt”in borcuna görə girov qoyulacaq | FED.az
08:31 5 Dek 2018

7 yanvar 2019-cu il tarixində “Bakıxanov-Çörək” АSC səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcəkdir.

FED.az xəbər verir ki, yığıncağın gündəliyinə aşağıdakı məsələ daxildir:
 

ELƏCƏ DƏ BAX: Müflis olmuş BOKT qızıllarını satır

“Bakıxanov-Çörək” ASC-nin mülkiyyətində olan Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Bəşir Bünyadov küçəsi 26 B nömrəli ünvanda yerləşən ümumi sahəsi 2.3 hektar torpaq sahəsinin “AZVİRT” MMC-nin “PAŞA Bank” ASC qarşısında kredit xətti müqaviləsi üzrə borc öhdəliyinin icrasının təmin edilməsi məqsədilə “PAŞA Bank” ASC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi.

Səhmdarlar ümumi yığıncağın gündəliyi ilə bağlı materiallarla Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Bəşir Bünyadov küçəsi 26 B nömrəli ünvanda iş günləri saat 10.00-dan 16.00-dək tanış ola bilərlər. Səhmdar ümumi yığıncaqda iştirak hüququnu bilavasitə özü və ya nümayəndəsi vasitəsilə həyata keçirir. Bu zaman səhmdarın nümayəndəsi qanunvericiliklə müəyyənləşdirilmiş qaydada tərtib edilmiş etibarnaməyə malik olmalıdır.

ELƏCƏ DƏ BAX: 60 milyon manat ümidsiz krediti var – BANK HESABATI

Yığıncaq Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Mehmandarov küçəsi 37A, “Badukubə” şadlıq evində keçiriləcəkdir

Qeyd edək ki, sovet dövründən çörək istehsalı ilə məşğul olan "Bakıxanov-Çörək" ASC-nin torpaq sahəsi “AzVirt” MMC tərəfindən icarəyə götürülüb. Əgər "Bakıxanov-Çörək" ASC-nin səhmdarları razılıq versələr, “AzVirt” icarəyə götürdüyü torpağı kredit məqsədləri üçün də istifadə edəcəkdir.

“Bakıxanov-Çörək” ASC-nin 99 faiz səhminə malik olan iki səhmdar “Azvirt”in təsisçiləridir. ​

Əmlakın yüklü edilməsi (və ya girov qoyulması)– həmin əmlak üzərində qeydiyyata alınmış hüquqların məhdudlaşdırılmasıdır.

Hüququn məhdudlaşdırılması (məhdudiyyət, yüklənmə) - qanunla və qanunda nəzərdə tutulmuş qaydada hüquq sahibinin daşınmaz əmlaka mülkiyyət və ya digər əşya hüquqlarının həyata keçirilməsini məhdudlaşdıran şərtlər və qadağalardır (servitut, uzufrukt, ipoteka, etibarlı idarəetmə, icarə, əmlakın üzərinə həbs qoyulması və sairə).

Digər xəbərlər