İflas prosesində olan BOKT “Vijn Fond AzərKredit” MMC balansında olan ilkin minimum satış qiyməti 43347 AZN təşkil edən qızıl–zinət əşyalarının (ikinci əl) topdansatışını həyata keçirəcək.
FED.az xəbər verir ki, satışda iştirak etmək istəyən şəxslər ərizə formasını dolduraraq 09 dekabr 2018–ci il, saat 18:00-dək Cəmiyyətin Bakı şəhəri, Nəsimi rayonu, S.Rəhimov/S.Vurğun küçələrinin kəsişməsi, World Business Center”, 3-cü mərtəbədə yerləşən ofisinə təqdim edə bilərlər.
Satışın keçiriləcəyi yer : Bakı şəhəri, Nəsimi rayonu, S.Rəhimov/S.Vurğun küçələrinin kəsişməsi, “World Business Center”, 3-cü mərtəbə, VF AzərKreditin ofisi;
Satışın keçiriləcəyi tarix: 11 dekabr 2018-ci il.
Xatırladaq ki, BOKT bundan öncədə ona məxsus 20 ədəd şlənmiş minik nəqliyyat vasitələrinin topdansatışı həyata keçirilməsi haqqında elan verib.
Müflis olmuş BOKT qızıllarını satır
09:26
4 Dek 2018