Bayramlarla dolu mart ayı müxtəlif hədiyyələr – gül, kosmetika, şirniyyat satışı ilə yanaşı, təbrik biznesini də canlandırıb.
Azərbaycan «Trendyol»dan ən çox mal alan ölkə oldu
FED.az xəbər verir ki, müasir texnologiyaların inkişafı kreativ təbrik növlərinin yaranmasına da imkan verib – bunlardan biri «Afrikadan təbriklər»dir.
«Afrikadan təbriklər» - ekzotik qitədən bir qrup yerli sakinin dünyanın istənilən nöqtəsindəki şəxsi qiyabi təbrik etməsidir. Video çarx şəklində olan bu təbrik qeyri-adilik effekti yaratmaqla yanaşı, onu sosial şəbəkələrdə də paylaşmaq mümkündür.
FED.az xəbər verir ki, əsasən «Afrikadan təbriklər» biznesi Azərbaycanda da yaranıb. Bu bizneslə ölkəmizdə 10-a yaxın şəxs və ya şirkət məşğul olur. Bunlardan biri – «African blessing – Afrikadan Təbriklər» səhifəsinin rəhbəri Azər Rüstəm bildirir ki, təbrik biznesi ilə məşğul olmaq üçün Afrikada yaşamağa ehtiyac yoxdur – sistem internet üzərindən qurulub, sifariş qəbul ediləndən sonra laımi məlumatlar Afrika ölkələrindəki qruplara ötürülür və təbrik mesajı çəkilir.
Bakı sakini ixtisasca mühəndis olan Azər Rüstəm «Afrikadan təbriklər» biznesi ideyasını başqa ölkələrdə görüb və onu Azərbaycanda da yaradıb.
«Afrikadan təbriklər» dünyada geniş yayılmış bir təbrik sənayesidir. Google-da "wishes from africa", "greetings from africa", "privet iz afriki" kimi açar sözlərlə axtarış etməklə müxtəlif ölkələrdə təbrikləri müşahidə etmək olar».
Hazırda Azərbaycanda ona yaxın səhiyə üzərindən belə təbriklər qəbğul edilir. «African blessing – Afrikadan Təbriklər» səhifəsi ötən il yaradılıb.
Belə təbrikin qiyməti 35 manatdır – bu məbləğ müqabilində Afrikalı gənclərdən ibarət qrup musiqi sədaları altında rəqs edərək təbriki səsləndirir və səbəbkarı təbrik edirlər.
Biznesin kifayət qədər gəlirli olduğunu bildirən A.Rüstəmin sözlərinə görə, bu üsulla ən çox təbrik ad günü ilə bağlıdır. Hələlik yerli şirkətlər yalnız Azərbaycanda fəaliyyət göstərirlər, gələcəkdə isə başqa ölkələrdən də təbrikləri qəbul etməyi düşünürlər: «Gələcək plan qlobal üçün də fəaliyyətə başlamaqdır. Hal-hazırda bunun üzərində çalışırıq».
Təbriklərin qəbulu prosesi sadədir – lazımi məlumatlar xarici vətəndaş olan koordinatora ötürülür və qrupun təbrik videosu çəkilir. Bunun üçün təbrik ediləcək şəxsin şəkli və səsləndiriləcək təbrikin mətni, göndərilir, sifarişçi musiqinin melodiyasını da seçə bilir.
Təbriki səsləndirənlər Afrikanın kasıb ölkələrinin – Zambiya və Ruandanın sakinləridir.
İndiyədək bu üsulla ən çox təbrik ad günü və sevgililər günü ilə bağlı olub. Əvvəllər müştərilər bu təbrikə inamsız yanaşsalar da, sonradan tələbat artıb: «Tələbat orta səviyyədədir, əvvəllər şübhə ilə yanaşırdılar. Süni intellekt və ya montajla olduğunu düşünürdülər. Sonradan isə insanlarda bir xeyli inam yaranmışdır».