Azərbaycan banklarının müştərilərə verdiyi kreditlərdən əldə etdiyi faiz gəlirləri artır.
FED.AZ xəbər verir ki, bankların 2025 və 2026-cı illərin ilk yarısının nəticələrinin müqayisəsi göstərir ki, kredit portfelindən faiz gəlirlərində ən yüksək artım AFB Bankda qeydə alınıb.
AFB Bankın kreditlərdən faiz gəlirləri ötən ilin ilk yarısındakı 9 milyon 404 min manatdan 21 milyon 446 min manata yüksəlib. Beləliklə, bankın faiz gəlirləri 12 milyon 42 min manat və ya 2,3 dəfə artıb.
Artım tempinə görə ikinci yerdə Ziraat Bank qərarlaşıb. Bankın kreditlərdən faiz gəlirləri 26 milyon 81 min manatdan 42 milyon 545 min manata yüksəlib. Artım 16 milyon 464 min manat və ya 63,1% təşkil edib.
Üçüncü yerdə Yapı Kredi Azərbaycandır. Bankın göstəricisi 16 milyon 459 min manatdan 24 milyon 688 min manata yüksəlib – 50% artım. Azərbaycan Sənaye Bankında isə artım 41,6% olub.
Bankların kreditlərdən faiz gəlirlərinin dinamikası
|
№ |
Bank |
30.06.2025, min AZN |
30.06.2026, min AZN |
Artım |
Dinamika |
|
1 |
AFB Bank |
9 404 |
21 446 |
+12 042 |
2,3 dəfə |
|
2 |
Ziraat Bank |
26 081 |
42 545 |
+16 464 |
63,1% |
|
3 |
Yapı Kredi Azərbaycan |
16 459 |
24 688 |
+8 229 |
50% |
|
4 |
Azərbaycan Sənaye Bankı |
9 690 |
13 721 |
+4 031 |
41,6% |
|
5 |
Bank of Baku |
79 268 |
96 899 |
+17 631 |
22,2% |
|
6 |
ABB |
394 354 |
481 627 |
+87 273 |
22,1% |
|
7 |
Yelo Bank |
79 074 |
94 834 |
+15 760 |
20% |
|
8 |
Rabitəbank |
59 334 |
70 657 |
+11 323 |
19,1% |
|
9 |
Turan Bank |
44 581 |
52 911 |
+8 330 |
18,7% |
|
10 |
Unibank |
113 988 |
134 525 |
+20 537 |
18% |
|
11 |
Kapital Bank |
445 624 |
519 738 |
+74 114 |
16,6% |
|
12 |
AccessBank |
115 611 |
134 574 |
+18 963 |
16,4% |
|
13 |
VTB Bank |
15 534 |
17 896 |
+2 362 |
15,2% |
|
14 |
Premium Bank |
15 647 |
18 013 |
+2 366 |
15,1% |
|
15 |
PAŞA Bank |
142 701 |
160 834 |
+18 133 |
12,7% |
|
16 |
Bank Respublika |
124 013 |
139 796 |
+15 783 |
12,7% |
|
17 |
Expressbank |
39 907 |
43 845 |
+3 938 |
9,9% |
|
18 |
XalqBank |
73 609 |
78 013 |
+4 404 |
6% |
|
19 |
Azər-Türk Bank |
40 878 |
42 978 |
+2 100 |
5,1% |
|
20 |
Bank Avrasiya |
6 667 |
6 853 |
+186 |
2,8% |
|
21 |
Bank Melli İran |
– |
– |
– |
– |
Məbləğ üzrə ən böyük artım isə ABB-də baş verib. ABB Bankın kreditlərdən faiz gəlirləri bir il ərzində 87 milyon 273 min manat artaraq 394,4 milyon manatdan 481,6 milyon manata çatıb.
İkinci ən böyük nominal artım Kapital Bankda qeydə alınıb – 74 milyon 114 min manat. Bankın kreditlərdən faiz gəlirləri 445,6 milyon manatdan 519,7 milyon manata yüksəlib.
Bunun ardınca Unibank 20,5 milyon manat, AccessBank 19 milyon manata yaxın, PAŞA Bank isə 18,1 milyon manat artımla gəlir.
Kredit faizlərindən gəlirləri ən az artan bank isə “Bank Avrasiya” olib – cəmi 186 min manat və ya 2,8%.













