Bu ilin fevral ayında Azərbaycan «Trendyol» vasitəsilə ən çox türk malları alan ölkə olub.
Azərbaycan məhsullarının “Trendyol”da satışı iqtisadiyyatımıza nə verə bilər?
FED.az xəbər verir ki, «Trendyol» vasitəsilə dünya bazarları ilə tanış olan türk istehsalçıları fevral ayında ən çox satışı Azərbaycan və Səudiyyə Ərəbistanına həyata keçirib. Fevral ayında Türkiyə daxilində ən çox e-ixrac edilən şəhərlər isə İstanbul, Bursa, İzmir, Ankara, Adana, Qaziantep, Dənizli, Aydın, Mersin və Antalyadır.
Bu barədə şirkət özü məlumat yayıb. «Almaniya ilə başlayan beynəlxalq genişlənmələrini Azərbaycan, Körfəz ölkələri, Mərkəzi və Şərqi Avropa bazarları ilə davam etdirən «Trendyol», türk məhsullarını və istehsalçılarını dünya bazarlarına çıxarmağa davam edir»-deyə açıqlamada bildirilir.
«Trendyol» vasitəsilə xaricə ən çox satılan türk məhsulları köynəklər, paltar, idman ayaqqabıları və pijama dəstləri olub.
Qeyd edək ki, «Trendyol» 2023-cü ilin may ayından etibarən mikro ixrac həlləri sayəsində Türkiyədə 85 min satıcını ixracatçıya çevirib və 149 min məhsulun xaricə çatdırılmasına kömək edib.
«Trendyol» şirkətinin idarə heyətnin sədri Erdem İnan bildirib ki, 2023-cü ildə şirkətin Azərbaycanda 1,3 milyon müştərisi olub və Azərbaycana 6,3 milyon ədəd sifariş çatdırıb.