20 iyun 2023-cü il tarixində saat 12:00-da “Bakı-Əyrici-Toxucu” ASC-nin ümumi yığıncağı keçiriləcək.
Daha bir şirkət səhmdarlarına - DİVİDEND ÖDƏYƏCƏK
FED.az xəbər verir ki, yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxildir:
- 2022-ci il üçün idarə heyətinin, maliyyə-təftiş komissiyasının, cəmiyyətin illik balansının və auditor hesabatlarının təsdiq edilməsi;
- Dividendlərin verilməsi haqqında.
Qeyd edək ki, “Bakı-Əyrici-Toxucu” ASC 1998-ci ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 1 597 654 manatdır və qanuni təmsilçisi İslam Məmmədovdur.