2023-cü ilin 11 ayında banklar 997.4 mln. manat xalis mənfəət əldə edib.
FED.az bu barədə Mərkəzi Banka istinadən xəbər verir.
Hesabata əsasən banklar 1,521.2 mln. manat məbləğində əməliyyat mənfəəti əldə ediblər.
İlin əvvəlindən banklar tərəfindən ümumilikdə 254.6 mln. manat məbləğində mənfəət vergisi ödənilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 29.5% və ya 57.9 mln. manat daha çoxdur.