“Bakı Biznes Mərkəzi” MMC Mədəniyyət Nazirliyinin tabeliyinə verilib.
FED.az xəbər verir ki, Nazirlər Kabineti bu barədə qərar verib.
Nazirlər Kabineti “Bakı Biznes Mərkəzi” MMC-nin Mədəniyyət Nazirliyinin tabeliyinə verilməsi və 30 noyabr 2010-cu il tarixli qərarı ilə təsdiq edilmiş “İqtisadiyyat Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı”nda və 17 iyun 2014-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Mədəniyyət Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda dəyişiklik edilməsi haqqında qərar qəbul edib.
Qərara əsasən, İqtisadiyyat Nazirliyinin tabeliyində olan “Bakı Biznes Mərkəzi” MMC Mədəniyyət Nazirliyinin tabeliyinə verilib.
“Bakı Biznes Mərkəzi” MMC Mədəniyyət Nazirliyinin strukturuna daxil olmayan tabeliyində təsərrüfathesablı qurum olacaq.














