"Unicapital İnvestisiya Şirkəti" ASC-nin yanvar-aprel ayları üzrə birja dövriyyəsi məlum olub.
FED,az Bakı Fond Birjasının açıqladığı hesabata istinadən xəbər verir ki, şirkətin əməliyyatlarının həcmi 1 milyard 111 milyon manat olub.
Şirkətin ARMB qiymətli kağızları dövriyyəsi 50,9 milyon manat, dövlət istiqrazları dövriyyəsi 180,9 milyon manat, korporativ istiqrazlarının həcmi 278 milyon manat, səhm əməliyyatlarının dövriyyəsi 220 min manat, repo əməliyyatlarının dövriyyəsi 601milyon manat həcmində olub.
Ötən ilin eyni dövrü ilə müqayisədə dövlət istiqrazlarının dövriyyəsi 35,6% (47,5 milyon manat), korporativ istiqrazlarının dövriyyəsi 2,5 dəfə (164,6 milyon manat), səhmlərinin dövriyyəsi 3,7 dəfə (159,9 min manat) artıb.
Şirkətin cəmi əməliyyatlarının sayı isə 1 480 ədəd olub.
Qeyd edək ki, "Unicapital İnvestisiya Şirkəti" ASC 19.12.2007-ci ildə dövlət qeydiyyatına alınıb. Şirkətin nizamnamə kapitalı 300 min manatdır, qanuni təmsilçisi Vüqar Namazov Faiq oğludur.