«İnvest.Az İnvestisiya Şirkəti»nin dövriyyəsi 3 dəfə artıb.
FED.az xəbər verir ki, 2024-cü ilin yanvar-aprel aylarında şirkətin birja dövriyyəsi 339 milyon manat təşkil edib. 2022-ci ilin eyni dövrünə nisbətən şirkətin dövriyyəsi 225,2 milyon manat və ya 3 dəfə artıb.
Bu dövrdə QSC-nin dövlət istiqrazları üzrə dövriyyəsi 62,9 milyon manat, korporativ istiqrazlarının dövriyyəsi 3,2 milyon manat, repo əməliyyatları üzrə dövriyyəsi 271,7 milyon manat, səhmlərin dövriyyəsi isə 1,1 min manat olub.
Cari ildə il « İnvest.Az İnvestisiya Şirkəti»nin dövlət istiqrazları dövriyyəsi 4,2 dəfə (47,9 milyon manat), korporativ istiqrazlarının dövriyyəsi 66,4% (1,3 milyon manat), səhm əməliyyatları 2,6 dəfə (671.5 min manat), repo əməliyyatlarının dövriyyəsi 2,8 dəfə (175,3 milyon manat) artıb.
Bu ilin dörd ayı ərzində «İnvest.Az İnvestisiya Şirkəti»nin əməliyyatlarının sayı illik müqayisədə 444 ədəd və ya 66,5% artaraq 1 112-yə yüksəlib.