24 oktyabr 2023-cü il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin AZ0101030093 ISIN-li, 80 milyon manat həcmində, 364 gün tədavül müddətli diskontlu, dövlət qısamüddətli istiqrazlarının (DQİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.
FED.az Birjaya istinadən xəbər verir ki, hərrac zamanı 19 investor tərəfindən qiymət intervalı 89.3382 (11.9999%) manat və 93.1450 (7.4%) manat olan 38 sifariş təqdim edilmişdir.
Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 92.6302 (7.9999%) manat, orta ölçülmüş qiyməti isə 92.7122 (7.9040%) manat olaraq müəyyən edilmişdir.
Sifarişlərin nominal qiymətlə ümumi məbləği 227 milyon 846 min 400 manat, yerləşdirilmiş həcmi isə 120 milyon manat təşkil edib.
İstiqrazların ödəmə tarixi 22.10.2024-cü ildir.
Hərrac iştirakçıları 25 oktyabr 2023-cü il tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.
Qeyd edək ki, hrrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.