Cari ticarət həftəsinin ilk günü dollar dünya birjalarında major valyutalar qarşısında bir qədər geriləyib. EUR/USD məzənnəsi 1.0530, GBP/USD məzənnəsi isə 1.1920 hədlərindən dəstək alaraq müvafiq olaraq 1.0600 və 1.2070 hədlərinə kimi bahalaşıb.
Birjada necə qazanırlar? - 2023-cü ildə investorlar üçün – «İNVESTAZ»DAN PROQNOZLAR
Lakin analitiklər ABŞ Federal Ehtiyatlar Sisteminin (FED) sərt monetar siyasətinin uzun müddət davam edəcəyinə dair narahatlıqlar fonunda Dollar indeksində yüksəlişin davam edəcəyini proqnozlaşdırırlar.
Beləki, FED idarə heyətinin üzvü Filip Cefferson mövcud inflyasiyanın düşünüləndən daha qalıcı ola biləcəyinə diqqət çəkərək, inflyasiyanın azalması ilə bağlı əlamətlərin axtarılacağını, sabit qalması və ya sürətlənməsi halında faiz artımlarını avam etdirərək öhdəsindən gələcəklərini ifadə edib.
Bu gün Bakı vaxtı ilə saat 19:00-da Amerikada açıqlanacaq “Conference Board” İstehlakçılar İnam İndeksi göstəricisi dolların major valyutalar qarşısında qiymətlərinə ciddi təsir edə bilər.
Cari ticarət həftəsinin ilk günündə dollar indeksindəki korrektiv geriləmə fonunda 1820$-a kimi bahalaşan qızıl, yenidən dəyər itirir. Təhlillərə əsasən hazırda 1814$-dan təklif olunan qiymətli metalın bir unsiya üzrə qiyməti 1820$-ın altında qalsa, 1800$ və 1780$-a kimi ucuzlaşa bilər.
Təhlil “İnvest-AZ İnvestisiya Şirkəti” QSC-nin Analitika Departamenti tərəfindən hazırlanıb.