2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanın hüquqi və fiziki şəxsləri dünyanın 178 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib.
Azərbaycan xurması Çinə ixrac olunacaq - NAZİR MƏCNUN MƏMMƏDOV
FED.az Dövlət Statistika Komitəsinə (DSK) istinadən xəbər verir ki, bu dövrdə 127 ölkəyə məhsul ixrac edilib, 169 ölkədən isə məhsul idxal olunub.
2026-cı ilin yanvar-sentyabr aylarında xarici ticarət dövriyyəsi 38898,5 milyon ABŞ dolları təşkil edib. Bu dövrdə 12206,7 milyon dollar məbləğində müsbət ticarət saldosu yaranıb.
2025-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi nominal ifadədə 10,3 faiz artıb, real ifadədə isə 14,7 faiz azalıb.



















