“Sumqayıt-Qərənfil” ASC 8 380 ədəd adi adlı səhminin dövriyyədən çıxarıldığını elan edib. Hər bir səhmin nominal dəyəri 2 manat, səhmlərin ümumi nominal dəyəri isə 16 760 manat təşkil edir.
FED.az xəbər verir ki, səhmlər 2026-cı il iyulun 13-də keçirilmiş səhmdarların növbədənkənar ümumi yığıncağının 1 nömrəli protokoluna əsasən dövriyyədən çıxarılıb. Səhmlərin dövlət qeydiyyat nömrəsi AZL 001016646-dır.
Xatırladaq ki, Banker.az-ın 26 oktyabr tarixli xəbərinə görə, Cəmiyyət ləğv olunduğunu elan etmişdir. Qeyd edək ki, şirkət 1998-ci ildən ölkə ərazisində fəaliyyət göstərmişdir.














