«CPM-İnvest İnvestisiya Şirkəti»nin dövriyyəsi artıb.
FED.az xəbər verir ki, 2023-ci ilin yanvar-noyabr aylarında şirkətin birja dövriyyəsi 4 milyard 60 milyon manat təşkil edib. 2022-ci ilin eyni dövrünə nisbətən şirkətin dövriyyəsi 2,5% (97,5 milyon manat) artıb.
Bu dövrdə QSC-nin AMB-nin notları üzrə dövriyyəsi 119,2 milyon manat, dövlət istiqrazları üzrə dövriyyəsi 805,2 milyon manat, korporativ istiqrazlar üzrə dövriyyə 17,9 milyon manat, repo əməliyyatları üzrə dövriyyəsi 3 milyard 116,5 milyon manat, səhmləri isə 1,5 milyon manat olub.
Ötən illə müqayisədə «CPM İnvest İnvestisiya Şirkəti»nin AMB-nin notları üzrə əməliyyatları 4 dəfə azalıb, dövlət istiqrazları üzrə əməliyyatları 6,6%, repo əməliyyatları 14,6%, korporativ istiqrazlar üzrə əməliyyatlar 24,1% artıb, səhm əməliyyatları 49,9% azalıb.
Bu il «CPM İnvest İnvestisiya Şirkəti»nin əməliyyatlarının sayı da 19,5% artaraq 2 565-dən 3 066-ya yüksəlib.