«Paşa Kapital İnvestisiya Şirkəti»nin dövriyyəsi 2 dəfə artıb.
FED.az xəbər verir ki, 2023-cü ilin yanvar-noyabr aylarında şirkətin birja dövriyyəsi 17 milyard 449,5 milyon manat təşkil edib. 2022-ci ilin eyni dövrünə nisbətən şirkətin dövriyyəsi 2,2 dəfə artıb.
Bu dövrdə QSC-nin AMB-nin notları üzrə dövriyyəsi 2 milyard 113,1 milyon manat, dövlət istiqrazları üzrə dövriyyəsi 4 milyard 251 milyon manat, korporativ istiqrazlar üzrə dövriyyə 374,9 milyon manat, repo əməliyyatları üzrə dövriyyəsi 10 milyard 708,9 milyon manat, səhmləri isə 1 milyon 439,8 min manat olub.
Cari ildə«Paşa Kapital İnvestisiya Şirkəti»nin AMB-nin notları üzrə əməliyyatları 19%, dövlət istiqrazları üzrə əməliyyatları 82,7%, repo əməliyyatları 3,2 dəfə artıb.
Bu il «Paşa Kapital İnvestisiya Şirkəti»nin əməliyyatlarının sayı da 2,4 dəfə artaraq 2 495-dən 6 020-yə yüksəlib.