Martın 3-də Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının da tərəf qismində çıxış etdiyi Repo hərracı keçiriləcək.
Azərbaycanda bu müəssisələrin və əmlakların borcları silinib – SATIŞA ÇIXARILACAQ – SƏRƏNCAM, SİYAHI
FED.az xəbər verir ki, bu barədə Bakı Fond Birjası məlumat yayıb. İlk dəfə olaraq bu hərracda Mərkəzi Bank da tərəf kimi iştirak edəcək.
İlk dəfə olaraq repo hərracı «Aqrarkredit» QSC BOKT-un istiqrazları üzrə keçiriləcək. Qeyd edək ki, «Aqrarkredit» QSC BOKT-un 3 milyard manatlıq istiqrazı var. Bu dəfə hərrac onun 120 milyon manatlıq hissəsi üzrə keçiriləcək. Hərraca hər birinin nominal qiyməti 1 manat olan 120 milyon ədəd istiqraz çıxarılacaq.
Repo müddəti 7 gündür, əməliyyat üzrə faiz dəhlizi isə illik 6,76%-8,49% planlaşdırılır.
Şərtlərə görə, hərracın baş tutması üçün burada azı 5 bank iştirak etməlidir, hər bank maksimum 2 sifariş verə bilər, hər bankın verdiyi sifariş isə ümui həcmi 10%-ni keçməməlidir.
Repo hərracının parametrləri barədə məlumat aşağıdakı cədvəldə verilmişdir:
Hərracın tarixi |
03.03.2023 |
Hərrac vaxtı |
10.30-11.00 |
Hərracın məbləği |
120.000.000 manat |
Repo müddəti |
7 gün |
Repo predmeti |
AZ2001008351 |
Repo predmetinin sayı |
120.000.000 ədəd |
Repo açılış qiyməti |
1 manat |
Faiz dəhlizi |
6,76%-8,49% |
Bir bank tərəfindən verilən sifarişlərin ümumi həcminə limit: |
Açılış məbləğləri üzrə ümumi həcm hərracın məbləğinin maksimum 10%-i həcmində |
Bir bank tərəfindən verilən sifarişlərin ümumi həcminə limit: |
2 |
Hərracın baş tutması üçün tələb olunan bank sayı |
ən azı 5 bank |
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür