Prezident İlham Əliyev «Aqrarkredit» QSC BOKT-un bəzi müəssisələrinin və balansında olan obyektlərin özəlləşdirilməsi haqqında sərəncam imzalayıb.
Biznesə aid 2023-cü ildə qüvvəyə minən qanunvericilik aktlarının icmalı - 1-Cİ HİSSƏ
FED.az xəbər verir ki, bu sərəncama əsasən vaxtilə «Aqrarkredit»in balansına verilmiş 8 böyük müəssisə və bir sıra əmlaklar hərraca çıxarılaraq özəlləşdiriləcək. Özəlləşdiriləcək müəssisələr:
1. “Qaradağ Mərmər Qranit” MMC;
2. “Deutsche Fassaden Technologien” MMC;
3. “Balaxanı Metal Məmulatları” MMC;
4. “Accopen” MMC;
5. “Xırdalan Metal Konstruksiyaları” MMC;
6. “Bakı Prefabrik” MMC;
7 “Ağstafa Tekstil” MMC;
8. “Abşeron Kərpic” MMC-dir.
Bu müəsssələrdən başqa, «Aqrarkredit»in balansında olan bir sıra əmlak kompleksləri və qeyri-yaşayış binaları da özəlləşdirmək üçün İqtisadiyyat Nazirliyinə veriləcək. Həmin əmlak kompleksləri və qeyri-yaşayış binalarının siyahısı İqtisadiyyat Nazirliyi tərəfindən «Aqrarkredit» QSC ilə razılaşdırılmaqla müəyyən ediləcək. Həmin əmlaklar torpaq sahələri ilə birlikdə özəlləşdiriləcək.
Sərəncama görə, sadalanan müəssisələr və əmlakların necə özəlləşdiriləcəyini, yəni özəlləşdirilməsi üsulları barədə qərarları, onların xüsusiyyətləri nəzərə alınmaqla, «Dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı”nın 4.1-ci bəndinə uyğun olaraq İqtisadiyyat Nazirliyi qəbul edəcək. Özəlləşdirmədə özəlləşdirilməsində yerli investorlarla yanaşı, xarici investorların da iştirakına icazə verilir.
Sərəncama əsasən, İqtisadiyyat Nazirliyi özəlləşdirmə prosesində müəssisə və obyektlərin investorlar üçün cəlbediciliyinin artırılması məqsədilə məsləhətçi və qiymətləndirici şirkətlər cəlb etməklə onların restrukturizasiyasını (birləşdirilməsi, bölünməsi və digər səmərəli formada yenidən təşkili) təmin etsin, habelə borclarının restrukturizasiyasına və ya silinməsinə (dondurulmasına) dair təkliflərini Nazirlər Kabinetinə təqdim etməlidir.
Sənədə əsasən «Aqrarkredit» sözügedən müəssisə və əmlakları 3 ay ərzində İqtisadiyyat Nazirliyinə təqdim etməlidir.