Caspian Finance BOKT
Maliyyə monitorinqi və komplayns şöbəsinin Baş mütəxəssisi
Son tarix 21 iyn 2024 - [email protected]
Əsas vəzifələr:
- BOKT-nin ƏL/TMM üzrə daxili qayda, prosedur və nəzarət mexanizmlərinin layihələrini, onlara əlavə və dəyişikliklər üzrə təklifləri hazırlayır və müvafiq təsdiqdən sonra onların icrasını təşkil edir;
- Rəhəbərlik tərəfindən təsdiq edilmiş ƏL/TMM üzrə siyasət və daxili qaydalara müvafiq olaraq bu bölməyə həvalə olunmuş vəzifələri həyata keçirir;
- Nəzarət orqanı və maliyyə monitorinqi orqanı tərəfindən tələb edilən hesabat və məlumatları hazırlayıb təqdim edir;
- Təlim proqramını, ƏL/TMM sahəsində Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə, habelə daxili qayda, prosedurlara və nəzarət mexanizmlərinə əlavə və dəyişikliklər edildikdə yeniləyir;
- Ən azı hər rübdə bir dəfə rəhbərliyə yüksək riskli əməliyyatlar, BOKT-nin məruz qaldığı ƏL/TM riskləri, müştərilərin, məhsulların, xidmətlərin, əməliyyatların, çatdırılma kanallarının və coğrafi yerləşmənin xüsusiyyətləri ilə bağlı risklilik meyarları üzrə dəyərləndirilməsinə dair nəticələri və maliyyə monitorinqi orqanına təqdim edilmiş hesabatlar barədə məlumat verir;
- ƏL/TMM üzrə BOKT-nin fəaliyyətinin təkmilləşdirilməsi üzrə təkliflər verir və rəhbərliyin tapşırığı ilə müxtəlif cür hesabatlar tərtib edir;
- BOKT-nin ƏL/TMM üzrə siyasətinə əməl edilməsinə nəzarət edir və iş prosesində siyasətdən kənarlaşma üzrə yaranan halları vaxtında müəyyənləşdirib, lazımı addımlar atır;
- BOKT-də ƏL/TMM üzrə vahid siyasətin formalaşmasında iştirak edir və bu siyasətin həyata keçirilməsinə dair təkliflər verir;
- Şübhəli və qeyri-adi əməliyyatlar və hallar barədə təhlil hesabatı hazırlayır;
- ƏL/TMM sahəsi üzrə keçirilən daxili audit nəticələrinə uyğun olaraq verilmiş tövsiyələr əsasında, nöqsanların aradan qaldırılması üçün tədbirlər planı hazırlayır, razılaşdırır və icrasını təmin edir;
Tələblər:
- Ali təhsil;
- Azərbaycan dilini bilmək (ingilis və rus dilini bilmək arzuolunandır);
- Bank və ya bank olmayan kredit təşkilatında müxtəlif vəzifələrdə iş təcrübəsi olması arzuolunandır;
- Ünsiyyətcil, məsuliyyətli, təşəbbüskar olmaq;
- Komandada işləmək bacarığı;
- Riyazi və hesablama bacarıqları, sənədlərlə işləmək bacarıqları;
- MS office proqramlarında xüsusilə Ms Excel proqramında sərbəst şəkildə işləyə bilmək;
İş Qrafiki: 1-5 günlər, 9:00 - 18:00
Əmək haqqı aralığı: 750-1350 AZN