Air Cargo Azerbaijan
Gömrük rəsmiləşməsi üzrə mütəxəssis - Bəyannaməçi
Son tarix 08 avq 2024 - [email protected]
Əsas vəzifə öhdəlikləri:
- Gömrükdə tranzit, idxal və ixrac bəyyannamələrinin tərtib edilməsi və yük müşayiət sənədlərin hazırlanması;
- Gömrükdəki iş prosesi üçün lazım olan sənədləri hazırlamaq və prosesi idarə etmə;
- Müştərilərə gömrük prosesi və ödənişləri barədə məlumat verilməsi;
- Gömrük rəsmiləşdirilməsi işinin təşkilinə dair prosedurda qeyd olunan və vəzifə səlahiyyətləri daxilində müdriyyət tərəfindən verilən tapşırıqları vaxtında və dəqiq yerinə yetirmək .
İş şərtləri:
- İş qrafiki: Həftə içi 10:00-18:00
- Əmək haqqı – müsahibə əsasında
- Ünvan: Azure Biznes Mərkəzi
Namizədə tələblər:
- Bu sahədə ixtisas attestatı və iş təcrübəsi mütləqdir;
- Gömrük Bəyannamələrinin növləri/rejimləri haqqında biliklərin olması;
- Kompüter bilikləri: MS office proqramlarını (Word, Excel, Outlook) bilməli;
- Azərbaycan Respublikasının Gömrük Məcəlləsi və Gömrük bəyannamələrinin doldurulması Qaydasının Metodikası haqqında biliklər
- Dil bilikləri: Azərbaycan dili yüksək səviyyədə, rus və ingilis dil biliyi arzuolunandır;
- Dəqiq, məsuliyyətli, operativ, komanda ilə işləmə bacarığı;
- Müəssisənin təlimat, qayda, intizam kodekslərinə riayət etmək;
- Yarana biləcək problemləri həll etmə bacarığı və analitik düşüncə.
Maraqlanan şəxslər öz CV formalarını e-mail ünvanına göndərə bilər (məktubun mövzu bölməsində, vakansiyanın adını qeyd edin)
Qeyd: Yuxarıda qeyd olunanları nəzərə alaraq, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.