2025-ci ildə Rusiyadan Türkiyəyə planlaşdırılan yay turlarının qiyməti ötən illə müqayisədə 6-7% ucuz olacaq.
FED.az xəbər verir ki, bu barədə Rusiyanın Turizm Operatorları Assosiasiyası məlumat verib.
Azərbaycanda otelləri ən çox qazanan rayonlar - MƏBLƏĞLƏR
Qurumun məlumatına görə, məsələn iyun ayında Moskvadan Antaliyaya 2 nəfərlik 10 gecəlik 4 ulduz oteldə istirahət paketinin qiyməti sığorta və transferlə birlikdə 140-170 min rubl arasındadır ki, bu da 1550-1900 dollar deməkdir.
Azərbaycanda bu rayonların - OTELLƏRİNƏ AXIN OLUB - MƏBLƏĞLƏR
Qurumun məlumatına görə, 2025-ci ildə Türkiyəyə yay istirahəti turları fevral ayında yanvarla müqayisədə 6-7% daha ucuz olacaq. Ucuzlaşmanın səbəbi Rusiyada dolların məzənnəsinin aşağı düşməsidir.
Xatırladaq ki, Rusiya Mərkəzi Bankı dola rvə avronun məzənnəsini yenidən endirməyə başlayıb – hazırdap dolların məzənnəsi 90 rubl ətrafındadadır. Yanvarda isə dollar 100 rubldan baha idi.
Azərbaycanda hotellərinin gəlirləri - KƏSKİN AZALAN 4 RAYON
«Dolların məzənnəsinin aşağı düşməsi Türkiyəyə turist səfərinin qiymətinə də təsir edib» - deyə ATOR-dan bildiriblər.
Nəticədə qiymətlər 6-7% aşağı enib ki, bu da 15-30 min rubl (160-330 dollar), bəzən isə hətta 60 min rubl məbləğində qənaət deməkdir.
Beləliklə, fevralın 14-ə olan məlumata görə, Moskvadan Antaliyaya uçuşla 4 ulduzlu və «hər şey daxil» sistemlə, 10 gecəlik istirahətin qiyməti 2 nəfər üçün 140-170 min rubl (1550-1900 dollar), 3 nəfər (ata-ana və uşaq) üçün 170-230 min rubl (1900-2550 dollar), 4 nəfər (ata-ana və 2 uşaq) üçün isə 230-300 min rubl (2550-3330 dollar) təşkil edir.
Eyni qayda ilə 5 ulduzlu oteldə yaşayış 2 nəfər üçün 150-220 min rubl (1660-2440 dollar), 3 nəfər üçün 195-250 min rubl (2200-2800 dollar), 4 nəfər üçün isə 250-340 min rubl (2800-3800 dollar) təşkil edir.