2024-cü ildə Azərbaycanda mehmanxana (hotel) və mehmanxana tipli obyektlər 694 milyon 162 min manat gəlir əldə ediblər.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir.
Bu 2023-cü illə müqayisədə 205 milyon 334 min manat və ya 42% çoxdur.
Gəlirlərinin həcminə görə son pillələrdə qərarlaşan Daşkəsən rayonun artıb-azalma göstəricisinə görə liderdir. Belə ki, rayonun hotelləri son bir il ərzində gəlirlərini 4,3 dəfə və ya 51,9 min manat artırmağı bacarıb.
Qazax rayonundakı hotellərin gəlirlərində də 3 dəfə (128,4 min manat) artım baş verib.
Siyahının 3-cü pilləsində Tərtər rayonu gəlir. Rayon hotellərin həcminə görə 33-cü sırada olsa da artım dinamikasına görə 3-cü pillədə qərarlaşıb. Artım isə 2,9 dəfə və ya 150,5 min manat civarında olub.
Şirvan şəhərində hotellərin gəlirləri isə 2,1 dəfə (244 min manat) artım baş verib.
Qusarda isə artım 74,6% və ya 18 milyon 844 min manat səviyyəsində olub. Rayon hotelləri gəlirlərinin həcminə görə 2-ci olsa da, artım dinamikasına görə 5-ci pillədə yer alıb.