2024-cü il Azərbaycanın 11 rayon və şəhərlərində fəaliyyət göstərən hotellərin gəlirlərində azalma baş verib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir.
Gəlirlərinin dinamikasına görə İmişli rayonu sonuncu pillədə qərarlaşıb. Belə ki, rayonun hotellərininin gəlirlərində son bir il ərzində gəlirlərində 3,2 dəfə və ya 523,8 min manat azalma olub. 2023-cü ildə rayonun hotelləri 764,8 min manat gəlir əldə etmişdisə 2024-cü ildə b göstərici 241 min manata brəabər olub.
Göyçay hotellərinin gəlirləri isə illik müqayisədə 3 dəfə (170,5 min manat) azalıb. Belə ki, 2023-cü ildə Göyçaydakı otellərin gəlirləri 254,4 min manat olduğu halda, 2024-cü ildə bu rəqəm 83,9 min manata düşüb.
Oğuz hotellərinin gəlirləri isə son bir il ərzində 2,2 dəfə (129,7 min manat) azalmaqla 235,5 min manatdan 105,5 min manata bərabər olub.
Lerik rayonundakı otellərin gəlirləri bir il ərzində 2,1 dəfə (263,7 min manat) azalıb. Belə ki, rayonun hotelləri ötən 2023-cü ildə 500,8 min manat gəlir əldə etmişdilərsə 2024-cü ildə bu göstərici 237,1 min manata bərabər olub.