2022-ci ildə Azərbaycana gələn hər 7 turistdən biri ölkədən narazı gedib. Ən çox narazılar arasında ərəb turistləri, avropalılar, hətta Rusiya və britaniyalılar da var.
FED.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Komitənin açıqladığı hesabata görə, 2022-ciilin ilk 4 ayında xaricdən Azərbaycana 220 min turist gəlib.
Turistlərin 187 min nəfəri onlara göstərilən xidmətlərdən razı qalıb, 32,5 min nəfəri isə göstərilmiş xidmətləri qənaətbəxş hesab etməyib. Ümumilikdə narazı turistlərin sayı ümumi turist axınında orta hesabla 14,8% təşkil edir.
Narazı qaldıqları sahələr isə nəqliyyat (sərnişin daşıma: metro, taksi, avtobus), yerləşmə, restoranlardakı xidmət və bələdçi xidməti olub.
Avtobus xidmətindən ümumilikdə 4 800 nəfər narazı qalıb. Bunların arasında ən çox narazılar Rusiyadan gələn turistlərdir (1 467 nəfər). Avtobuslardan narazı qalanların 954-ü Türkiyə, 491 nəfəri isə İran vətəndaşları olub. Səudiyyə Ərəbistanı (188 nəfər), Gürcüstan (124) və Ukrayna (126 nəfər) turistləri də avtobusların işindən narazılar siyasındadır.
Taksi xidmətindən ən çox Türkiyə turistləri narazı qalıb. Belə ki, 7400 narazı turistin 914 nəfəri taksi xidmətini qənaətbəxş hesab etmir. Bu xidmət üzrə ikinci sırada Rusiya (8 min narazı turistdən 882 nəfəri taksi xidmətindən narazıdır), üçüncü sırada isə İran turistləri (423 nəfər) gəlir.
Taksi xidmətlərindən narazı turistlərin ilk 5-liyini Səudiyyə Ərəbistanı və BƏƏ-dən gələn turistlər (250 nəfərə yaxın) və Gürcüstanlı turistlər tamamlayır.
Turistlərin ən çox narazı qaldığı sahələr restoran biznesi olub – ölkədən narazı gedən 32,5 min turistin 8,4 mininin keyfini restoranlar korlayıb.
Bu sahədə sayca ən çox narazı olan Rusiya (2000), Türkiyə (1800) və İran (1 142) turistləridir. Restoranlar Ukraynalı turistlərə də rəhm eləməyiblər (239 narazı turist), Səudiyyə Ərəbistanı, Gürcüstan, BƏƏ, Küveyt turistləri də restoranlardan ən çox narazı qalanlar sırsçnıdadır.
Azərbaycana gələrək ən çox narazı qalan turistlərin siyahısında ilk yerləri ərəb ölkələri, o cümlədən Oman tutur - 21.7%, ümumiyyətlə ərəb ölkələrindən gələn turistlərdən hər 5 nəfərdən 1-i nədənsə narazı gedir. Narazılar siyahısında ikinci yeri Moldova (21.3 %), üçüncü sırada isə Litvadan (21.2 %) gələn turistlər tutur.
Azərbaycana səfəri zamanı özünü ən xoşbəxt hiss edənlər Türkmənistan turistləridir - cəsmi 12% narazı var. Say nisbəti ilə götütəndə Türkiyə və Gürcüstan turistləri də Azərbaycana səyahətdən razı gedirlər – narazılar 13%-ə çatmır.
Turizm sektorunda böyük paya malik olan Rusiya və İran turistlərinin narazı hissəsi də böyük deyil - 13-14% ətrafındadır.
FED.az biznes və maliyyə portalı yanvar-aprel aylarında Azərbaycana səfər etmiş turistlərin göstərilmiş xidmətlərdən məmnunluq dərəcəsinə təqdim edir: