FED.az TENDER xəbər verir ki, “İnpeks.N” MMC 2 böyük məbləğdə müqaviləni eyni tarixdə 6 dekabr 2018-ci il tarixində bağlayıb.
Müqavilələrdən biri Bakı Şəhər Mənzil Kommunal Təsərrüfatı Departamenti ilə bağlanıb. Bu müqavilənin predmeti Bakı şəhəri üzrə dövlət mənzil fonduna aid binaların təmiri işləri üzrə olub və dəyəri 2 mln 459 min 999 manat olub.
Eləcə də bax:Bu şirkət hər gün bir tenderin qalibi olur - SİYAHI, MƏBLƏĞ
Digər müqavilə isə Mədəniyyət Nazirliyi ilə imzalanıb. Müqavilənin predmeti əsaslı təmit işlərinin görülməsi üzrə olub. Müqavilənin dəyəri 1 mln 908 min 480 min manat təşkil edib.Bu iki müqavilənin ümumi dəyəri 4 mln 368 min 479 manat olub.