Azərbaycanda iqtisadi aktivlik ötən illərlə müqayisədə yüksəlsə də, biznes və iş adamları üçün əsas sifrişlər hələ də dövlət satınalmalarından gəlir. FED.az TENDER xəbər verir ki, təkcə oktyabr ayında dövlət satınalmaları çərçivəsində ümumi məbləği 146,1 milyon manat olan 414 müqavilə imzalanıb.
Eləcə də bax: Tovuzdakı tenderlərin yarısını bir nəfər udub – SİYAHI, MƏBLƏĞLƏR
Tenderlərdə qalib gəlmək, dövlətdən sifariş almaq və bu üsulla qazanc əldə etmək istənilən iş adamı və şirkətin arzusudur. Əlbəttə ki, bunu etmək asan deyil.
Amma bəzi şirkətlər isə bu sahədə böyük uğurlar qazanıblar.
FED.az TENDER xəbər verir ki, «İnpeks.N» MMC 2018-ci ilin əvvəlindən noyarın 14-dək dövlət satınalmaları çərçivəsində 31 mln 513,5 min manat dəyərində 170 müqavilə imzalayıb.
Eləcə də bax: Abşeronda tenderləri kim udur? – MƏBLƏĞLƏR, SİYAHI
Başqa sözlə, adı çəkilən şirkət həftə sonlarını, bayram və milli matəm günlərini çıxsaq, demək olar ki, hər gün (daha dəqiqi, 28 saatdan bir) hansısa tender və ya kotirovka sorğusunun qalibi olub.
«İnpeks.N» MMC müxtəlif rayonlarda həm icra hakimiyyətləri ilə, həm kolleclər, universitetlər, həm də xəstəxanalarla müxtəlif işlərin görülməsi üçün müqavilə imzalayıb.
Müqavilələrdən biri də Bakı Şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentim ilə bağlanıb ki, bu qurumla bağlanan 4 müqavilənin ümumi dəyəri 12 milyon 339,9 min manat və ya ümumi məbləğdə xüsusi çəkisi 39,16% təşkil edib.
Şirkət müxtəlif işlərin görülməsi üçün müqavilə imzalayıb. Həmin müqavilələrin predmetləri bunlardır:
Kommunal və kommunikasiya xidməti ilə bağlı xərclər üzrə, istilik enerjisi üzrə, digər maşın və avadanlıqlar üzrə, mətbəə xərcləri üzrə, İdarənin digər xərcləri üzrə, abadlıq işləri üzrə, dəftərxana və təsərrüfat malları üzrə, kompüter proqramların alınması və yazılması işləri , cari təmir işləri, əsaslı təmir işləri, mənzillərin təmiri işləri, inventarlar(bərk İnventarlar, yumsaq İnventarlar) üzrə ,çoxmənzilli yaşayış binalarının əsaslı təmiri işləri üzrə, Qaraçuxur qəsəbəsi, Ə.Mehbalıyev küçəsindəki Neftçilər parkının təmiri və yenidənqurulması işləri, Partaların və oturacaqların təmiri işləri, Yolların əsaslı təmiri işləri, Tədbirlərin təşkili işləri, Sosial-mədəni və məişət təyinatlı obyektlərin əsaslı təmiri işləri, İnşaat və kommunal təyinatlı mal-materiallar və məmulatlar, məhəllədaxili yollarda və səkilərdə asfalt örtüyünün təmiri işləri, Bakı şəhəri üzrə dövlət mənzil fonduna aid binaların əsaslı təmiri işləri, xüsusi geyimlər, ehtiyat hissələri, çoxmənzilli yaşayış binalarının əsaslı təmir işlərinin görülməsi üçün tələb olunan mal-materiallar.
«İnpeks.N» MMC bu il aşağıdakı şirkətlərlə müqavilələr bağlayıb:
Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsi (16 müqavilə),
Tərtər Rayon Mərkəzi Xəstəxanası (10),
Sabirabad Regional Mədəniyyət İdarəsi (9),
Sumqayıt Regional Mədəniyyət İdarəsi (9) ,
Xaçmaz Regional Mədəniyyət İdarəsi(9),
Bərdə Regional Mədəniyyət İdarəsi (8) ,
Kürdəmir Rayon Mərkəzi Xəstəxanası (7),
Şəki Şəhər İcra Hakimiyyəti (8),
Azərbaycan Dövlət İqtisad Universiteti (8),
Ağdaş Regional Mədəniyyət İdarəs (7),
Milli Arxiv İdarəsi (7),
Goranboy Rayon Mərkəzi Xəstəxanası (7) ,
M.F.Axundov adına Azərbaycan Milli Kitabxanası (7),
Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsi (7),
Bərdə Rayon Mərkəzi Xəstəxanası(6),
Ucar Rayon Mərkəzi Xəstəxanası (6),
Zərdab Rayon Mərkəzi Xəstəxanası (5),
Sabirabad Regional Mədəniyyət və Turizm İdarəsi (4),
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (4) ,
Bakı Texniki Kolleci (3),
Bakı Dövlət Sosial İqtisadi Kolleci (3),
Suraxanı Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi (3),
Bərdə Rayon İcra Hakimiyyəti Bərdə şəhər İƏD üzrə İcra Nümayəndəliyi (3) ,
Sabunçu Rayon Kommunal Təsərrüfatı İdarəsi (3),
Gəncə Dövlət Regional Kolleci (2),
Bakı Humanitar Kolleci (2),
Tərtər Rayon İcra Hakimiyyəti Tərtər şəhər İƏD üzrə İcra Nümayəndəliyi (2),
İsmayıllı Regional Mədəniyyət İdarəsi (2),
Masallı Regional Mədəniyyət və Turizm İdarəsi (2),
Binəqədi Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi (2),
Yasamal Rayon Mənzil Kommunal Təsərrüfat Birliyi (2),
Nərimanov Rayon Mənzil Kommunal Təsərrüfat Birliyi (2),
Qazax Dövlət Sosial İqtisadi Kolleci (1),
Suraxanı Rayon İcra Hakimiyyəti (1),
Azərbaycan Maliyyə-İqtisad Kolleci(1),
İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi Mənzil Kommunal və Təmir Xidməti(1).
Bu şirkət hər gün bir tenderin qalibi olur - SİYAHI, MƏBLƏĞ
16:27
20 Noy 2018