Azərbaycanda dövlət tenderlərindən böyük sifarişlər əldə edən daha bir şirkət aşkar edilib.
“Edumedia Azərbaycan” MMC hansı tenderləri udur? - SİYAHI, MƏBLƏĞLƏR
«Ofis Plus» MMC hansı tenderləri udur? - SİYAHI, MƏBLƏĞLƏR
“Unisell” MMC hansı tenderləri udur? - SİYAHI, MƏBLƏĞLƏR
“A4 Plaza” MMC hansı tenderləri udur? - SİYAHI, MƏBLƏĞLƏR
“Sabiroğlu” MMC hansı tenderləri udur? - SİYAHI, MƏBLƏĞLƏR
Ədliyyə Nazirliyinin tenderlərini kimlər udur? - SİYAHI, MƏBLƏĞLƏR
"AZAL"ın tenderlərini kimlər udur? - SİYAHI, MƏBLƏĞLƏR
Qısa müddətdə 60-a yaxın tender – 10 milyonluq sifariş – ƏKSƏRİYYƏTİ İCRA HAKİMİYYƏTİ VƏ NAZİRLİKDİR - SİYAHI
Göyçayda dövlət tenderlərini - KİMLƏR UDUR? – SİYAHI, MƏBLƏĞLƏR
Astarada dövlət tenderlərini - KİMLƏR UDUR? – SİYAHI, MƏBLƏĞLƏR
Ağdamda dövlət tenderlərini - KİMLƏR UDUR? – SİYAHI, MƏBLƏĞLƏR
FED.az xəbər verir ki, bu – «AzEduNet» MMC-dir (VÖEN: 1301531871).
Sözügedən şirkət 2021-ci ildən indiyə kimi iştirak etdiyi dövlət tenderlərində 18 milyon 320 min 986 manatlıq sifariş qazanıb. Şirkət bu sifarişləri cəmi 24 tenderlə əldə edib – bir tenderin orta qiyməti 763 min manatdır.
«AzEduNet» MMC-nin əsas məbləğli «sifarişçisi» Təhsil Nazirliyi Nəzdində Təhsil Sisteminin İnformasiyalaşdirilmasi İdarəsi olub. Şirkət 5 tenderlə bu qurumdan 16 milyon 223 min 49 manat. Bu isə ümumi tenderlərin 89 faizi deməkdir. «AzEduNet» MMC daha bir iri tenderi Xarici İşlər Nazirliyindən qazanıb – 1 milyon manat.
Xatırladaq ki, «AzEdunet» şirkəti 2007-ci ildə yaradılıb (qeydiyyat tarixi 14.12.2007), sonuncu dəfə reyestr sənədlərinə 30.03.2022-ci il tarixində dəyişiklik edilib.
Şirkətin hüquqi ünvanı Bakı şəhər. Yasamal rayonu, Məhəmməd Naxçıvani küçəsi ev 22, mənzil 49 ünvanında yerləşir.
Nizamnamə kapitalı cəmi 6 340 min manatdır. Şirkətin qanuni təmsilçisi Natiq YəhyayevRza oğludur.