Azərbaycanda dövlət satınalmaları sahəsində akti işləyən şirkətlərdən daha biri məlum olub.
Azərbaycanın növbəti «tender çempionu» - TENDERLƏRDƏN 40 MİLYON MANAT UDUB
Azərbaycanın «tender çempionu» olan şirkət – 30 MİLYON MANAT UDUB – TENDERLƏR, SİYAHI
FED.az xəbər verir ki, dövlət satınalmaları sahəsində işlərə cəmi 11 ay əvvəl başlayan «KONEKS CONSTRUCTİON» MMC ötən dövrdə 60-a yaxın tenderdə qalib gəlib, üst-üstə 10 milyon manatdan artıq sifariş əldə edib.
«KONEKS CONSTRUCTİON» MMC-in qısa müddətdə qazandığı 58 tenderdən 25-i Mədəniyyət Nazirliyi və onun qurumlarına, 27 tender isə icra hakimiyyətlərinə aiddir. Burada Bakı Şəhər icra hakimiyyəti, Bakının və respublikanın digər rayonlarının icra hakimiyyətləri var.
«KONEKS CONSTRUCTİON» MMC xüsusilə Bərdə, Tərtər rayonları, eləcə də Suraxanı, Sabunçu, Nizami, Nərimanov və Nəsimi rayonlarından sifarişlər alıb.