Azərbaycanda dövlət tenderlərindən say etibarilə böyük hissəsini əldə edən daha bir şirkət aşkar edilib.
«Ofis Plus» MMC hansı tenderləri udur? - SİYAHI, MƏBLƏĞLƏR
“Unisell” MMC hansı tenderləri udur? - SİYAHI, MƏBLƏĞLƏR
“A4 Plaza” MMC hansı tenderləri udur? - SİYAHI, MƏBLƏĞLƏR
“Sabiroğlu” MMC hansı tenderləri udur? - SİYAHI, MƏBLƏĞLƏR
Ədliyyə Nazirliyinin tenderlərini kimlər udur? - SİYAHI, MƏBLƏĞLƏR
"AZAL"ın tenderlərini kimlər udur? - SİYAHI, MƏBLƏĞLƏR
Qısa müddətdə 60-a yaxın tender – 10 milyonluq sifariş – ƏKSƏRİYYƏTİ İCRA HAKİMİYYƏTİ VƏ NAZİRLİKDİR - SİYAHI
Göyçayda dövlət tenderlərini - KİMLƏR UDUR? – SİYAHI, MƏBLƏĞLƏR
Astarada dövlət tenderlərini - KİMLƏR UDUR? – SİYAHI, MƏBLƏĞLƏR
Ağdamda dövlət tenderlərini - KİMLƏR UDUR? – SİYAHI, MƏBLƏĞLƏR
FED.az xəbər verir ki, bu – «Edumedia Azərbaycan» MMC-dir (VÖEN: 1401897631).
Sözügedən şirkət indiyə kimi iştirak etdiyi dövlət tenderlərində 1 milyon 599 min 705 manatlıq sifariş qazanıb. Şirkət bu sifarişləri cəmi 3 tenderlə əldə edib – bir tenderin orta qiyməti 533 min manatdır.
«Edumedia Azərbaycan» MMC-nin əsas «müştərisi» Təhsil Nazirliyi Nəzdində Təhsil Sisteminin İnformasiyalaşdirilmasi İdarəsi olub. Şirkət 3 tenderdən 2-ni bu qurumdan udub – 1 milyon 541 min 821 manat. Bu isə ümumi tenderlərin 96 faizi deməkdir.
Xatırladaq ki, «Edumedia» şirkəti 2011-ci ildə yaradılıb (qeydiyyat tarixi 13.01.2011), sonuncu dəfə reyestr sənədlərinə 18.05.2021-ci il tarixində dəyişiklik edilib.
Şirkətin hüquqi ünvanı Bakı şəhər. Nəsimi rayonu, 20 Yanvar küçəsi ev 19B, mənzil 29 ünvanında yerləşir.
Nizamnamə kapitalı cəmi 60 manatdır. Şirkətin qanuni təmsilçisi Dilarə Midhəd qızı Yusiflidir.