Ədliyyə Nazirliyi 2021-ci ildə 28 milyon 964 min 381 manat məbləğində 136 tender keçirib.
"AZAL"ın tenderlərini kimlər udur? - SİYAHI, MƏBLƏĞLƏR
Qısa müddətdə 60-a yaxın tender – 10 milyonluq sifariş – ƏKSƏRİYYƏTİ İCRA HAKİMİYYƏTİ VƏ NAZİRLİKDİR - SİYAHI
Göyçayda dövlət tenderlərini - KİMLƏR UDUR? – SİYAHI, MƏBLƏĞLƏR
Astarada dövlət tenderlərini - KİMLƏR UDUR? – SİYAHI, MƏBLƏĞLƏR
Ağdamda dövlət tenderlərini - KİMLƏR UDUR? – SİYAHI, MƏBLƏĞLƏR
FED.az xəbər verir ki, ən böyük tenderin qalibi “Evrodizayn” QSC olub. Şirkət məhkum edilmiş şəxslərə tətbiq olunan elektron nəzarət vasitələrinin və aidiyyatı avadanlığın satınalınması üzrə tenderlə 5 milyon 693 min 500 manat qazanıb. Bu, nazirliyin il ərzindəki ümumi tenderlərinin 19.6 faizini təşkil edir.
Digər ən böyük tenderin qalibi “Azər Sənaye Tikinti Dəmir Beton Şirkəti" MMC olub (3 090 152). Şirkət su təchizatı üçün magistiral xəttin çəkilişi xidməti ilə ümumi tenderlərin 10.6 faizini qazanıb.
Növbəti ən böyük tenderin qalibi "İdrak Texnoloji Transfer" MMC olub ( 1 119 462). Bu, nazirliyin ümumi tenderlərinin 3.9 faizi deməkdir. Şirkət məhkum edilmiş şəxslərə elektron nəzarət vasitələrinin tətbiqi üzrə informasiya sisteminin, aidiyyəti avadanlığın və şəbəkə infrastrukturunun il ərzində saxlanılması və inkişafı, habelə ona texniki dəstək göstərib.
Qeyd edək ki, ötən il nazirliyin tenderlərinin əksəriyyətini “Euroservise” MMC, “Ecopress" MMC, "Uğur Tikinti" MMC, “Delta Telekom LTD” MMC qazanıb.
FED.az 2021-ci ildə Ədliyyə Nazirliyinin keçirtdiyi tenderləri təqdim edir: