Şəmkir rayonunda Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”ndan irəli gələn vəzifələrin icrası ilə bağlı tədbirlər davam etdirilir.
FED.AZ xəbər verir ki, Dövlət Proqramının icrası ilə əlaqədar koordinasiyalı fəaliyyətin təşkili məqsədi ilə Rayon İcra Hakimiyyəti başçısının yanıdan daimi qərərgah yaradılıb və İş Planı təsdiq edilib.
Dövlət Proqramı çərçivəsində həyata keçirilən layihələrin icra vəziyyətinin qiymətləndirilməsi məqsədi ilə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin 11-ci ərazi sektorunun müdiri Elvin Azadəliyev tərəfindən növbəti monitorinq keçirilib.
2 hektar ərazidə yaradılan yeni istixanaya baxış zamanı qeyd edilib ki, təsərrüfatın qurulması istiqamətində işlərin 95 faizi başa çatdırılıb və dekabr ayında tinglərin əkilməsi prosesinə başlanılacaqdır. Təsərrüfatda müasir suvarma sistemi quraşdırılıb, həmçinin növbəti ildən torpaqsız üsulla əkin aparılması nəzərdə tutulub.
Dövlət Proqramında nəzərdə tutulun dəstək mexanizmləri Şəmkir üçün ənənəvi sahə olan meyvəçiliklə məşğul olan fermerlər üçün geniş imkanlar açır. Bu imkanlardan faydalanaraq fermerlər intensiv meyvə bağlarının salınmasına, müasir texnologiyaların tətbiqinə böyük maraq göstərir. Belə təsərrüfatlardan biri də 57 hektar ərazidə salınmış, ixracyönümlü məhsul istehsalının nəzərdə tutulduğu nektarin bağıdır. Monitorinq zamanı vurğulanıb ki, bağın salınması zamanı xarici ölkələrdən gətirilmiş sertifikatlı tinglərdən istifadə olunub, müasir texnologiyaların tətbiqi ilə suvarma şəbəkəsi qurulub və artıq növbəti il məhsul yığımı planlaşdırılıb.
Balıqçılıq təsərrüfatına baxış zamanı qeyd edilib ki, Dövlət Proqramının qəbul edilməsi Şəmkirli sahibkarların bu sahəyə olan marağının artmasına səbəb olub. Hazırda bu sahədə mövcud təsərrüfatların genişləndirilməsi ilə yanaşı, yeni təsərrüfatların qurulması istiqamətində də layihələr həyata keçirilir ki, bu da Dövlət Proqramında nəzərdə tutulmuş hədəflərə nail olunmasına, məhsul istehsalının və özünü təminetmə səviyyəsinin artırılmasına töhfə verəcəkdir.
Fermerlərlə görüşlər zamanı onların fəaliyyətində qarşılaşdıqları məsələlər dinlənilib, mövcud imkanlar və qarşıda duran vəzifələr ətrafında fikir mübadiləsi aparılıb.
Rayon İcra Hakimiyyəti başçısının yanında fəaliyyət göstərən qərərgahın iclasında fermerlərin təkliflərinin nəzərə alınması, qarşıya çıxan problemlərin həlli üçün koordinasiyalı fəaliyyətin zəruriliyi diqqətə çatdırılıb, Dövlət Proqramı çərçivəsində yaradılmış imkanların fermerlərə çatdırılması, bu istiqamətdə mütəmadi maarifləndirmə tədbirlərinin vacibliyi vurğulanıb.





![Dövlət Proqramı Şəmkirdə fermerlər üçün yeni imkanlar açır - [red]BAŞÇI TƏSƏRRÜFATLARA BAXIŞ KEÇİRİB[/red] | FED.az](/upload/news/small/4910318.jpg)
![Dövlət Proqramı Şəmkirdə fermerlər üçün yeni imkanlar açır - [red]BAŞÇI TƏSƏRRÜFATLARA BAXIŞ KEÇİRİB[/red] | FED.az](/upload/news/small/4405658.jpg)
![Dövlət Proqramı Şəmkirdə fermerlər üçün yeni imkanlar açır - [red]BAŞÇI TƏSƏRRÜFATLARA BAXIŞ KEÇİRİB[/red] | FED.az](/upload/news/small/2894940.jpg)
![Dövlət Proqramı Şəmkirdə fermerlər üçün yeni imkanlar açır - [red]BAŞÇI TƏSƏRRÜFATLARA BAXIŞ KEÇİRİB[/red] | FED.az](/upload/news/small/235395.jpg)
![Dövlət Proqramı Şəmkirdə fermerlər üçün yeni imkanlar açır - [red]BAŞÇI TƏSƏRRÜFATLARA BAXIŞ KEÇİRİB[/red] | FED.az](/upload/news/small/3635989.jpg)
![Dövlət Proqramı Şəmkirdə fermerlər üçün yeni imkanlar açır - [red]BAŞÇI TƏSƏRRÜFATLARA BAXIŞ KEÇİRİB[/red] | FED.az](/upload/news/small/941313.jpg)
![Dövlət Proqramı Şəmkirdə fermerlər üçün yeni imkanlar açır - [red]BAŞÇI TƏSƏRRÜFATLARA BAXIŞ KEÇİRİB[/red] | FED.az](/upload/news/small/1879651.jpg)
![Dövlət Proqramı Şəmkirdə fermerlər üçün yeni imkanlar açır - [red]BAŞÇI TƏSƏRRÜFATLARA BAXIŞ KEÇİRİB[/red] | FED.az](/upload/news/small/3773185.jpg)








