"Süni intellektdən hamının istifadə etdiyi bir dövrdə kommunikasiyanın şəffaf, vaxtında, tam və dəqiq olması daha vacib amilə çevrilir. Çünki hər şey çox sürətlə dəyişir".
"Unibank" rəsmisi: "Müştəri ilə bankir arasında birbaşa ünsiyyət hələ uzun müddət əhəmiyyətini qoruyacaq"
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu fikirləri "Unibank"ın Daxili audit departamentinin direktoru Nərgiz Əliyeva "X Beynəlxalq Bankçılıq Forumu"u çərçivəsində keçirilən panel müzakirədə deyib.
Nərgiz Əliyeva qeyd edib ki, süni intellekt texnologiyaları məlumatların daha sürətli əldə edilməsini, informasiyanın əlçatanlığını, vizuallaşdırmanı, müxtəlif hesabatların və statistik məlumatların hazırlanmasını asanlaşdırır:
Rəqəmlərin vizual şəkildə təqdim edilməsi iş proseslərimizi xeyli sadələşdirir. Amma rəqəmlər və məlumatlar özlüyündə yalnız informasiyadır. Əsas məsələ həmin məlumatların arxasında hansı mənanın dayandığını anlamaq və bunu düzgün kommunikasiya etməkdir. Məlumatları təqdim etmək və onlara düzgün məna vermək tamamilə fərqli bacarıqlardır".
Direktor deyir ki, bugünkü təhlükəsizlik mühitində müxtəlif kiberhücumlar, insidentlər və sistem boşluqları çox sürətlə baş verir, bu baxımdan, eskalasiya prosesləri də çevik və operativ olmalıdır:
"Belə hallarda təhlükəsizliklə bağlı yaranan boşluq və ya zəiflik (vulnerability) aşkar edildikdə, əməkdaşlar arasında kommunikasiya necə qurulmalıdır? Kimə müraciət edilməli, bu barədə məlumat nə vaxt və hansı qaydada ötürülməlidir? Bütün bunlar əvvəlcədən müəyyənləşdirilməlidir. Beləliklə, süni intellekt və müasir texnologiyalar kommunikasiya proseslərini və bu proseslərin mərhələlərini daha da gücləndirməyə imkan verir".

















