Azərbaycan və Çinin "TBEA Co., Ltd." şirkəti arasında ölkənin sənaye parklarında və azad iqtisadi zonalarında yüksək gərginlikli sabit cərəyan (HVDC) ötürücü kabellərinin və digər zəruri avadanlığın istehsalı üçün müəssisələrin yaradılması perspektivləri müzakirə olunub.
FED.az Energetika Nazirliyinə istinadən xəbər verir ki, bu müzakirələr nazir Pərviz Şahbazovun Çinə işgüzar səfəri çərçivəsində Çindao şəhərində şirkətin vitse-prezidenti Zheng Yan ilə görüşdə aparılıb.
Bildirilib ki, görüşdə Energetika Nazirliyi ilə "TBEA" arasında imzalanmış Anlaşma Memorandumu çərçivəsində əməkdaşlıq imkanları dəyərləndirilib.
Şirkətin Azərbaycanda innovativ enerji həllərinin tətbiqi, eləcə də su elektrik stansiyaları layihələrinin həyata keçirilməsində iştirakı ilə bağlı fikir mübadiləsi aparılıb.













