AFB Bank
Aparıcı/Baş auditor
Son tarix 25 dek 2026 - [email protected]
İş şəraiti
- Daxili Audit departamenti
- İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi – Cümə)
- Ünvan: Bakı şəhəri.
Tələblər:
- Ali təhsil;
- Bank auditi, banklarda daxili nəzarət və risklərin idarə edilməsi sahəsində 2-3 illik təcrübə;
- Azərbaycan dili - mükəmməl, ingilis və rus dili - yaxşı səviyyədə bilmək;
- Audit və daxili nəzarət tapşırıqlarının icra edilməsi üzrə üsul və metodların tətbiqinə dair praktiki bilik və bacarıqlar;
- Bank əməliyyatları və biznes proseslər haqqında peşəkar biliklər;
- Bank qanunvericiliyi və digər qanuvericilik aktları üzrə biliklər;
- Maliyyə hesabatları üzrə təhliletmə bacarığı, mühasibat yazılışları haqqında biliklər;
- Avtomatlaşdırılmış Bank İnformasiya sistemindən (ABİS) əldə olunan iri həcmli məlumatlarrı təhlil etmə bacarığı;
- Effektiv şifahi və yazılı kommunikasiya qurmaq o, cümlədən audit hesabatlarının və təqdimatlarının hazırlanması üzrə biliklər;
- Komandada işləmə bacarığı, təşəbbüskarlq, öz bilik və bacarıqlarını davamlı inkişaf etdirmək istəyinin olması;
- MS Office proqramları üzrə (xüsusi ilə Excel) yüksək səviyyəli praktiki bacarıqlar (SQL üzrə bilik və bacarıqların olması üstünlükdür);
- Data analitika, Aİ üzrə bilklər (sertifikatın olması üstünlükdür);
- Beynəlxalq Daxili Audit standartları, Daxili audit etikası (Beynəlxalq dərəcəli sertifikatın olması üstünlükdür) üzrə peşəkar biliklər;
- Risklərin idarə olunması sistemi (ERM), Nəzarət modelləri (məs,COSO) və Korporativ idarəetmə standartları üzrə peşəkar biliklər.
İşin təsviri:
- Audit planının hazırlanması barədə departament direktoruna təkliflər vermək;
- Audit planına uyğun olaraq bankda nəzarət, risklərin idarə edilməsi sistemlərinin və korporativ idarəetmənin auditini həyata keçirmək;
- Normativ-hüquqi aktların və bankdaxili prosedurların icrası vəziyyətini audit etmək;
- Audit nəticələri və verilmiş tövsiyələr üzrə hesabatlar tərtib etmək və onların icrasına nəzarəti təmin etmək;
- Dələduzluq və sui-istifadə hallarının aşkarlanmasında və araşdırılmasında iştirak etmək;
- Daxili Audit fəaliyyətinə aid qanunvericilik və beynəlxalq standartlar çərçivəsində digər vəzifələri həyata keçirmək;
- Bankın daxili qaydaları ilə müəyyən edilmiş öhdəlikləri yerinə yetirmək və tələblərə riayət etmək və s.
Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Aparıcı/Baş auditor” qeydi edərək Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərməyini xahiş edirik.
Aparıcı/Baş iOS mühəndisi
Son tarix 25 dek 2026 [email protected]
Rəqəmsal Bankçılıq sahəsi
İş şəraiti
- İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi – Cümə)
- Ünvan: Bakı şəhəri.
Tələblər:
- Ali təhsil (Bakalavr);
- iOS proqramlaşdırma üzrə minimum 3 il iş təcrübəsi;
- Swift (əsas), SwiftUI və UIKit framework-ləri üzrə dərin biliklərə sahib olmaq;
- MVVM, MVP, VIPER, Clean Architecture kimi arxitektura yanaşmalarında təcrübə. SOLID, DRY, KISS prinsiplərinə riayət;
- Core Data, Core Animation, Core Location, AVFoundation, MapKit, Push Notifications, WidgetKit? App Clips və digər Apple framework-ləri ilə iş təcrübəsi;
- Auto Layout, programmatic UI, SwiftUI ilə mürəkkəb interfeys qurma bacarığı. Apple Human Interface Guidelines-a uyğun dizayn tətbiqi;
- RESTful API, GrapeQL, WebSocket inteqrasiyası. URLSession, Alamofire və ya oxşar kitabxanalarla iş təcrübəsi. JSON parsing (Codable);
- GCD, async/await, Combine framework, RxSwift və ya digər reaktiv proqramlaşdırma alətləri;
- Git (branching trategiyaları - Git Flow, trunk-based development);
- Unit test, UI test, XCTest framework ilə iş. TDD/BDD yanaşması ilə tanışlıq;
- Fastline, GitHub Actions, Bitrise, Jenkins kimi alətlərlə davamlı inteqrasiya və deploy proseslərinin qurulması;
- Swift Package Manager, CocoaPods, Carthage;
- App Store Connect, TestFlight, app review prosesləri ilə təcrübə;
- Performance optimization, memory management (ARC, Instruments ilə profiling);
- Təhlükəsizlik - Keychain, SSL Pinning, data encryption;
- Accessibility (VoiceOver, Dynamic Type) dəstəyi;
- Firebase, Analytics, Crashlytics kimi alətlərlə iş.
İşin təsviri:
- Bankın mövcud layihələrində iştirak və hazır sistemlərə yeni funksionalın əlavə edilməsi;
- App Store-da yayımlanmış layıhələr portfeli;
- Komanda daxilində code review aparma və mentorluq bacarığı;
- Junior və middle developerlərin inkişafına dəstək vermək istəyi;
- Texniki qərarlar qəbul etmə və onları əsaslandırma bacarığı;
- Agile/Scrum metodologiyası ilə iş təcrübəsi;
- Problemləri müstəqil həll etmə və analitik düşüncə;
- İngilis dilində texniki sənədləri oxuma və ünsiyyət qurma bacarığı.
Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Aparıcı/Baş iOS mühəndisi” qeydi edərək Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərməyini xahiş edirik.
Aparıcı/Baş Android mühəndisi
Son tarix 25 dek 2026 [email protected]
Rəqəmsal Bankçılıq sahəsi
İş şəraiti
- İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi – Cümə)
- Ünvan: Bakı şəhəri.
Tələblər:
- Ali təhsil (İT, Biznes, Kompüter Elmləri və s.);
- Kotlin proqramlaşdırma dili üzrə minimum 2 il praktiki təcrübə;
- Jetpack Compose ilə işləmə təcrübəsi;
- MVVM arxitekturası və layer bölgüsü prinsipləri barədə bilik;
- REST API və JSON istifadə etməklə client-server tipli tətbiqlərin hazırlanması üzrə təcrübə (Retrofit / OkHttp);
- Kotlin Coroutines və Flow ilə asinxron proseslərin idarə edilməsi bacarığı;
- Dependency injection (Hilt və ya Dagger) ilə işləmə təcrübəsi;
- Təqdim olunmuş dizaynların mobil tətbiqə düzgün şəkildə tətbiq edilməsi;
- Gradle ilə işləmə təcrübəsi;
- Git versiya idarəetmə sistemi ilə işləmə bacarığı;
- Google Play Console ilə işləmə təcrübəsi;
- Error tracking və crash monitorinq sistemləri ilə işləmə təcrübəsi (Firebase Crashlytics və s.);
- Komanda ilə işləmək və kiçik təcrübəli əməkdaşlara dəstək göstərmək bacarığı;
- Bank və ya fintex sahəsində iş təcrübəsi, CI/CD prosesləri ilə tanışlıq və Üçüncü tərəf SDK inteqrasiyaları üzrə təcrübə (ödəniş sistemləri, elektron imza, identifikasiya həlləri) üstünlük sayılır.
İşin təsviri:
- Bankın Android mobil tətbiqinin yeni funksionallıqlarının hazırlanmasında iştirak etmək;
- Mövcud mobil tətbiqin texniki dəstəyini və təkmilləşdirilməsini həyata keçirmək;
- Mobil tətbiq üçün tələb olunan API və digər texniki həllərin hazırlanması prosesində digər proqramçılarla əməkdaşlıq etmək;
- Mövcud tətbiqin kod strukturunu analiz etmək və zəruri dəyişiklikləri həyata keçirmək;
- Tətbiqdə yaranan texniki problemləri müəyyənləşdirmək və aradan qaldırmaq;
- Tətbiqin buraxılış prosesində və buraxılışdan sonrakı monitorinqində iştirak etmək.
Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Aparıcı/Baş Android mühəndisi” qeydi edərək Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərməyini xahiş edirik.














