"Kapital Bank" riskli sahələrdə çalışacaq əməkdaşlara xüsusi diqqət yetirir. Belə hallarda məhz fırıldaqçılıqla mübarizə (antifrod) komandası yeni işə qəbul olunan əməkdaşlarla görüşlər keçirir".
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu sözləri "Kapital Bank"ın Təhlükəsizlik departamentinin direktor müavini Emil Qasımov "X Beynəlxalq Bankçılıq Forumu"nda deyib.
Onun sözlərinə görə, burada məqsəd həmin şəxsləri daha yaxından tanımaq, onların şirkətə hansı məqsədlə gəldiklərini və burada nə etmək istədiklərini anlamaqdır:
"Bununla yanaşı, antifrod istiqamətində çalışan mütəxəssislər də peşəkar olmalıdırlar. Onların peşəkar inkişafı isə müəyyən mənada bizdən, yəni onları necə istiqamətləndirməyimizdən və yetişdirməyimizdən asılıdır.
Hətta qeyd edim ki, 2026-cı ildə «Froud Hunters» adlı layihə həyata keçirmişik. Layihəyə 500-dən çox müraciət daxil olmuşdu, lakin seçim nəticəsində cəmi 8 nəfər iştirak hüququ qazanmışdı.
Üç ay ərzində həmin 8 nəfərlə birlikdə çalışdıq. Bu müddətdə biz onlara müəyyən bilik və bacarıqlar öyrətdik, eyni zamanda özümüz də onlardan yeni şeylər öyrəndik. Layihənin sonunda iştirakçılardan ikisi komandamıza qoşuldu. Bununla belə, əsas nəticə yalnız iki nəfərin işə qəbul edilməsi deyil, həmin 8 iştirakçının hər birinin antifroud sahəsində peşəkar bilik və təcrübə qazanması oldu".
Emil Qasımov bildirib ki, bu gün fırıldaqçılıqla mübarizə istiqamətində çoxsaylı işlər görülür və insanların tanınması və davranışlarının təhlili əsasında müxtəlif tədbirlər həyata keçirilir.
"Hətta hesab edirəm ki, Azərbaycan Banklar Assosiasiya (ABA) ilə əməkdaşlıq edərək bu sahədə mütəxəssis hazırlığı üzrə kurslar təşkil edə bilərik. Çünki Azərbaycanda antifrod istiqamətində peşəkar mütəxəssisləri tapmaq həqiqətən də çətindir", - deyə o, təklif edib.















