Azərbaycan Mərkəzi Bankına məxsus Bakı şəhəri M.Seyidov küçəsi 20 A ünvanında yerləşən inzibati binanın mühafizəsinin təşkil edəcək şirkətin adı məlum olub.
FED.az xəbər verir ki, bununla bağlı kotirovka sorğusu üzrə Satınalmalar Komissiyasının 24 sentyabr 2019-cu il tarixli qərarına əsasən “İNAM ÖZƏL MÜHAFİZƏ ŞİRKƏTİ” MMC qalib elan edilib.
Eləcə də bax:Azərbaycana avtomobil idxalı – 2 DƏFƏ ARTIB
Qalib şirkətlə 23 760 manat məbləğində 2 il müddətinə müvafiq satınalma müqaviləsi bağlanıb.